Son günlər Mirzə Məmmədoğlu Maşovun paylaşımında Yadigarovlar nəsli barədə belə bir məsələ səsləndirilir: guya Yadigarovlar “əslində müsəlmanlığı qəbul etmiş gürcülər”dir. Bunun “Bakıxanov tərəfindən yazıldığı”, “Saqareişvilinin fərmanlar kitabında Yadigaraşvili kimi getdiyi”, “çar dövründə rus soyadına keçdikləri”, “Zestafonidə Yadigaraşvililərin olması” kimi arqumentlər irəli sürülür. Bu tip iddialar sosial şəbəkədə “maraqlı fakt” kimi görünə bilər, lakin elm üçün bu, sübutsuz və metodoloji cəhətdən yanlış bir ümumiləşdirmədir. Bu kimi məsələni emosiyaya yox, mənbə–metod–məntiq meyarına görə izah ediməidir. Paylaşımda “Abbasqulu ağa Bakıxanov bu barədə yazıb” deyilir. Əgər həqiqətən Bakıxanovun mətnində Yadigarovlara dair konkret etnik hökm varsa – buyurun, dəqiq biblioqrafik istinad təqdim edin. Təqdim edilmirsə, bu iddia “fakt” kimi yayıla bilməz.
Coğrafiya etnik mənşənin sübutu deyil. Borçalı/Kvemo Kartli bölgəsi tarixən çoxmillətli, çoxkonfessiyalı mühit olub. Coğrafiya (harada yaşayıb) etnik hökm (kim olub) demək deyil. Bu, elmdə “coğrafi determinizm” adlanır və ciddi mənbəşünaslıqdan keçmir. Rusiya imperiyası dövründə Qafqazda minlərlə ailənin soyadı sənədlərdə ov/-yev formasında yazılıb. Bu, çox vaxt etnik mənsubiyyət yox, rəsmi kargüzarlıq standartıdır. Əgər “-ov” etnik sübut olsaydı, Qafqazın böyük hissəsi “rus əsilli” çıxardı ki, bu absurddur. “Zestafonidə Yadigaraşvililər var”. Şvili sonluğunu etnik mənşə dəlili kimi təqdim etmək səhvdir. Sovet dövründə təqiblərdən yayınmaq üçün, yaşayış yerini dəyişmək, sənədlərdə fərqli yazılışa keçmək, yerli mühitə uyğun soyad forması götürmək, amamilə real və geniş yayılmış praktikadır. Bu, “əsil dəyişdi” yox, çox vaxt həyatda qalma strategiyasıdır. Azərbaycan Mili Ordusunun genera-mayoru Davud bəy Yadigarovun soyadının Yadigarovşviliyə keçidi etnik sübut yox, sovet təqibindən qorunma faktı ilə bağlıdır. Ən çox manipulyasiya olunan məqam Davud bəyin Gürcüstana köçüb Yadigaroşvili soyadına keçməsini götürüb bütöv nəsil haqqında “gürcü əsilli imiş” hökmü çıxarırlar. Bu, elmi baxımdan səbəb-nəticənin tərsinə çevrilməsidir. Əs-nəcabəti ilə dövətə və dövlətçiiyə sədaqətlə xidmət etmiş türk əsilli Yadigarovar haqqında mərhüm polkovnk-leytenant, hərb tarixinin zəngin araşdırmaçısı Şəmistan Nəzirlinin General Yadigarov Qardaşları adlı 2004-cü ildə Bakı Şirvannəşr nəşriyyatında dərc etdirdiyi kitabında bu nəsl haqqənda geniş arxiv materiallar təqdim edilmişdir. Şəmistan Nəzirli, General Yadigarov qardaşları, Bakı, Şirvannaşr, 2004) təqdimat mətnində çox mühüm bir fikiri qeyd edir ki, sovet dövründə müxtəlif mühitlərdə bu nüfuzlu soyad fərqli formalara salınıb:Sovetlər vaxtı ermənilər bu nüfuzlu soyadı özününküləşdirərək tarixi əsərlərində Yadigaryan, gürcülər isə Yadigaraşvili etmişdilər. Çox təəssüf edirəm ki, türkçülükdən xəbəri olmayan bəzi insanar buna sevinərək özümüzə aid olanları özgəninkiəşdirməyə meyillənirlər. Ailə materialları və araşdırma xətti üzrə faktların ardıcıllığına görə General-mayor Davud bəy Sadıq bəy oğlu Yadigarov 1918–1920 dövründə Azərbaycan dövlətçiliyinin hərb tarixində yer alan şəxsiyyətdir. 23 oktyabr 1919-cu ildə Hərbi nazir Səməd bəy Mehmandarovun 492 saylı əmri ilə general-mayor rütbəsi alıb. 1919-cu ilin avqust–noyabr aylarında Zəngəzur döyüşlərində daşnak qüvvələrinə qarşı əməliyyatlarda iştirak edib, bir sıra kəndlər uğrunda döyüşlər aparıb. Dığ, Goranzur, Xanazax, Abdallar və başqa kəndlər uğrunda daşnak hərbi qüvvələrinə qarşı döyüşlər aparmışdır. Sovet hakimiyyəti qurulduqdan sonra bəy-zabit nəsillərinə təqib artdığı üçün Davud bəy təhlükəsizlik səbəbi ilə Gürcüstana köçüb, yerli mühitə uyğun sənəd forması götürüb. O, milliyətcə gürcü olan qadınla evlənərək Züstafoniyə köçmüş və familyasını dəyişərək Ediqaraşvili etmişdir. Bu evlilikdən onların Omar adlı övladları dünyaya gəlmişdir. Omarın isə Davud adlı övladı hazırda Zestofonidə yaşayır. Mən, 2017-ci ildə Türkiyənin Nigded şəhərinə gedərkən Davud bəyin qonağı olmuşam. O, Zestafonidə otel və restoran şəbəkəsinin sahibi olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Təkəlidə öz nənəsinin qəbrini də ziyarət etmişdir. Davud bəyin soyadını dəyişdirməsi onun gürcü əsili olması demək deyidir. Yəni “-şvili” burada etnik “əsil”in yox, sovet şəraitində təhlükəsizlik adaptasiyasının göstəricisidir. Bu faktı etnik mənşəyə “dəlil” kimi satmaq – ya tarixi bilməməkdir, ya da faktı qəsdən təhrif etməkdir. Bir qolun taleyindən bütöv nəsilə hökm çıxarmaq – elmi səhvdir Davud bəyin Zestafoni xətti, həmin qolun sovet sonrası coğrafi davamı, ailədaxili nikahların təbii nəticəsidir və “bütöv nəsil gürcü idi” hökmünü yaratmır. Bir nəsildə müxtəlif coğrafiya və nikah xətləri ola bilər. Bu, Qafqaz aristokratik/zabit ailələri üçün adi haldır. Nikah və ya soyad forması “etnik hökm” mexanizmi deyil.Yadigarovlar nəsli “etiketlə” yox, sənədlə danışır. Yadigarovlar nəsli Borçalı mənşəli bəy-zabit nəslidir və tarixi xidmət xəttində 3 general və çoxsaylı zabitəri (müvafiq arxiv nəşrlərində qeyd olunduğu kimi) ilə tanınır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Orduda Yadigarovlar nəslindən səkkiz zabitin xidmət etməsi faktı ayrıca vurğulanır.

Yadigarovlar haqqında tanınmış tədqiqatçı-jurnalist, mərhum polkovnik-peytenant Şəmistan Nəzirli əvəzolunmaz tədqiqatlar aparmış və bu nəslin tarixi şəxsiyyətləri haqqında bir çox materiallar çap etdirmişdir.

Şəmistan müəllimlə bərabər jurnalist-şair Tahir Talıblı, Qoşqar salmanlı eyni zamanda bu nəslin tarixi kökü, adət-ənənəlri, keçmişi və bu günü haqqında arşadırmalar aprmaqdadır.


Yadigarovlar nəslinin görkəmli nümayəndələrindən olan polkovnik, rotmistr Vəli bəy Sadıq bəy oğlu Yadigarovun həyat və fəaliyyətinin geniş ictimaiyyətə çatdırılması istiqamətində son illərdə atılan addımlar, xüsusilə də “Polkovnik” adlı sənədli filmin ərsəyə gəlməsidir. Həmin ekran işi Həsən Həsənovun təşəbbüsü və təşkilatçılığı ilə hazırlanmış, Vəli bəy Yadigarovun taleyinin – Borçalının Təkəli kəndindən başlayaraq Polşa hərb tarixindəki xidmətinə, mühacirət yoluna və onun zabit şərəfi nümunəsinə qədər – sistemli şəkildə işıqlandırılmasına mühüm töhfə vermişdir.“Müsəlmanlığı qəbul etmiş gürcülər” kimi sübutsuz etnik etiketlərlə nəsli kölgələməyə çalışan yanaşmanın əksinə olaraq, “Polkovnik” filmi Yadigarovlar irsini hərbi xidmət, dövlətçilik ənənəsi və tarixi sənəd xətti ilə təqdim edir. Burada əsas predmet etnik şüar deyil, tarixi şəxsiyyətin real bioqrafiyası, xidmət yolu və arxiv əsaslı yaddaşdır. Belə filmlər milli tarixin “epizod”larını yalnız elmi dairələrdə deyil, daha geniş auditoriyada – gənclər, tələbələr, diaspor mühiti, ictimaiyyət – üçün əlçatan edir. Bu isə elmi həqiqətin qorunması baxımından ən təsirli vasitələrdən biridir. Tarixi təhrif edən iddialar ən çox “boşluq” olan yerdə yayılır, sənəd, film, kitab və ictimai təqdimat isə həmin boşluğu doldurur. Bu münasibətlə, Yadigarovlar nəslinin irsinin tanıdılması, Vəli bəy Yadigarovun zabit şərəfinin və mühacirət taleyinin yaddaşda yaşadılması istiqamətində göstərdiyi təşəbbüsə görə Həsən müəllim Həsənova dərin minnətdarlığımızı bildiririk. Tarixi irsin qorunması yalnız arxiv işi deyil. O, həm də milli məsuliyyət, ictimai maarifçilik və dövlətçilik yaddaşına xidmət edən ziyalı mövqeyidir. Həsən müəllimin bu təşəbbüsü məhz belə bir mövqenin nümunəsidir.
Yadigarovlar nəsli Azərbaycan ziyalılıq və hərb ənənəsinə bağlılığını müxtəlif mənbələrdə qoruyub. Bu reallıq qarşısında “müsəlmanlığı götürmüş gürcülər” tezisi elmi səviyyədə dayanmır. Yadigarovlar nəsli barədə məsələ “gürcü-azərbaycanlı münasibəti” mövzusu deyil. Burada məsələ tarixi həqiqətin təhrifinə qarşı çıxmaqdır. Qonşu xalqlarla mədəni bağlarımız dəyərlidir, lakin bu bağlar heç kəsə haqq vermir ki, bir nəsli sübutsuz etnik etiketlə “kölgəyə salsın”.
Yadigarovlar nəsli əsil-nəcabəti olan dörd ziyalı ailə ilə yaxın qohum olublar: Topçubaşovlar, Talışxanovlar, Vəkilovlar və Vəzirovlar.

ADNSU-nun “Ümumi və tətbiqi riyaziyyat”
kafedrasının dosenti. I.f.d., Təbriz Abdulla oğlu Yadigarov

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir