Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) şəxsi heyəti üçün xüsusi tibb hazırlığı üzrə kursun açılış mərasimi keçirilib.
Tədbirdə beynəlxalq mütəxəssislər də iştirak ediblər. Açılış mərasimi Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
XTQ-nin komandanı general-mayor Ələkbər Cahangirov Müdafiə Nazirliyinin rəhbərliyi adından şəxsi heyəti 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik edib və kurs iştirakçılarına uğurlar arzulayıb.
Qeyd olunub ki, kursun əsas məqsədi döyüş meydanında yaralılara ilkin tibbi yardımın göstərilməsi, tibbi təxliyə və döyüş şəraitində tibb xidmətinin səmərəli təşkili üzrə hərbi qulluqçuların bacarıqlarını artırmaqdır.
Mərasimdən sonra iştirakçılar şəxsi heyətin məişət şəraiti, tədris otaqları və tədris zamanı istifadə olunacaq müasir tibbi avadanlıqlarla tanış olublar.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

