2025-ci il dekabrın 3-5-nə kimi Kiprdə Yaxın Orta Doğu Universitetində Beynəlxalq X Rumi simpoziumu keçirilib. Simpozium Lefkoşa Yaxın Şərq Universitesi, Rumi Araşdırmalar Mərkəzi, Xəzər Unviversiteti, Xəzər Unviversiteti nəzdində fəaliyyət göstərən Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu (MƏFAİ), Türk Turizm Mərkəzi və “Pənah” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

“Mövlana baxış bucağından sülh və uzlaşma” mövzusuna həsr olunan bu simpoziuma dünyanın 12 ölkəsindən gələn elm insanları qatılıb. Azərbaycan, Türkiyə, İran, Rusiya, Oman, Misir, Avstraliya, İngiltərə, Özbəkistan, Hindistan və s. ölkələrdən gələn alimlər məruzə ilə çıxış ediblər.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Xuraman Hümmətova “Şeyx Qalib divanında həzrəti Mövlana və mövləvilərin vəsfi” adlı məqalə ilə həmin tədbirdə iştirak edib. Mövlana təriqətinə bağlı olan sənətkarların divanda vəsfi və onların mövləvilərin həyatında oynadıqları rol məqalədə səsləndirilib. Qalibin Şəms Təbrizi, Sultan Vələd, Əsrara Dədə, Ankaravi, Sakib Dədə, III Sultan Səlim və başqa mövləvi təriqət tərəfdaşlarına həsr etdiyi qəzəllərində onların göstərdiyi xidmətlərə də aydınlıq gətirilib.

Açılış panelində professor Adnana Karaismayıloğlu, Nuru Şimşək, Nimət İldrım və Mövlananın 23 kuşat torunundan gələn Esin Çələbi Mövlana irsinin tarixi inkişafı, poetik sistemi, onun irsinin sufi ənənələrinə təsiri mövzusunda məruzələr ediblər. İrfan muziqisi simpoziumun gedişinə əsrarəngiz rəng qatıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir