Qolların açaraq xəyallar üzür,
Hərdən Şahin kimi göylərdə süzür,
Şadlığın ipinə sevincin düzür,
Xoşbəxt xatirələr fikir yolunda!

Gah kövrək dillənir girişin edib,
Xəyal səhnəsində görüşün edib
Ürəkdən sevinir birlikdə gedib,
Xoşbəxt xatirələr fikir yolunda!

İllərin yoldaşı olur gözlərlə,
Həmsöhbət kimsəyə dönür sözlərlə,
Gedir addım-addım zehni izlərlə,
Xoşbəxt xatirələr fikir yolunda!

Unudur başından kənara atır,
Qəmlər səadətin selində batır,
Hisslər dənizində sahilə çatır,
Xoşbəxt xatirələr fikir yolunda!

Zamandan keçmişə edir səyahət,
Yığır könüllərə qürur, fəxarət,
Camal, öz səmtinə dönür, nəhayət,
Xoşbəxt xatirələr fikir yolunda!

Camal Cəfər
15.01.26

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir