Son illər xarici onlayn alış-veriş imkanlarının artması istehlakçılara geniş seçim və rahatlıq gətirsə də, bu, eyni zamanda bir sıra riskləri də gündəmə çıxarıb. Müştərilər bəzən sifariş etdikləri məhsulu ala bilmir, ödənişlərini geri qaytara bilmir və hətta dələduzluq halları ilə üzləşirlər. Belə hallar internet üzərindən ticarətə inamı sarsıdır və alıcıları daha ehtiyatlı davranmağa məcbur edir.

Yenifikir.media-ya açıqlama verən Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, tanınmış sosialoq Elçin Bayramlı bildirib ki, artıq dünyanın böyük hissəsində ticarət əsasən onlayn platformalar üzərindən həyata keçirilir. Lakin bu rahatlığın öz mənfi tərəfləri də var:

 “Bəzən sifarişçilər məhsullarını ala bilmir, ödənişlərini geri qaytara bilmirlər. Buna görə də internet üzərindən alış-veriş edərkən diqqət etmək lazımdır: platformanın nə dərəcədə nüfuzlu və qlobal sistem olduğu, şirkətin böyüklüyü, çatdırılma şərtləri və ödəniş üsulları əvvəlcədən öyrənilməlidir,” – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, satıcıların reytinqi də əsas göstəricilərdən biridir. Onların neçə ildir fəaliyyət göstərməsi, sifarişlərin neçə faizini vaxtında çatdırması və əlavə şərtlərin mövcudluğu diqqətlə araşdırılmalıdır. Bayramlı qeyd edir ki, təəssüf ki, bir çox insan aldadıcı reklamların təsirinə düşərək tanınmamış saytlardan sifariş verir və nəticədə nə məhsul gəlir, nə də ödənilən vəsait geri qaytarılır.

“Ən yaxşı seçim nüfuzlu, uzun illərdir fəaliyyət göstərən etibarlı onlayn sistemlərdən alış-veriş etməkdir,” – deyə sosialoq tövsiyə edib.

Ekspert həmçinin xatırladıb ki, onlayn ticarətin genişlənməsi kibertəhlükəsizlik məsələlərini də aktuallaşdırır. İnternet azad və nəzarətsiz məkandır, burada dələduzluq hallarını aşkar etmək çox çətindir. Bu səbəbdən müştərilər kart məlumatlarını paylaşarkən xüsusilə diqqətli olmalı, yalnız tanınmış və etibarlı satıcılara güvənməlidirlər.

“Əgər kart məlumatları dələduzların əlinə keçərsə, həmin vəsaiti geri qaytarmaq mümkün olmur. Buna görə də ən doğru seçim nüfuzlu və etibarlı onlayn platformalardır,” – deyə Elçin Bayramlı bildirib .

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir