Xankəndi şəhərində pərakəndə ticarət sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərlə maarifləndirici görüş təşkil olunub. Görüşün məqsədi vergi ödəyicilərinin məlumatlandırılması, könüllü əməletmənin təşviqi və uçotun dəqiqləşdirilməsi olub.Tədbirdə Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov və idarənin məsul əməkdaşları iştirak ediblər. Vergi ödəyicilərinə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergitutma xüsusiyyətləri, rezidentlər üçün nəzərdə tutulan vergi və gömrük güzəştləri, həmçinin məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması mexanizmləri barədə ətraflı məlumat verilib.
Görüş zamanı təsərrüfat subyektlərinin qeydiyyatı, nəzarət-kassa aparatları və POS-terminalların quraşdırılması, işçilərlə əmək müqavilələrinin bağlanması, eləcə də vergi hesabatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtında təqdim edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Sonda iştirakçıların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı sualları cavablandırılıb və praktiki izahlar verilib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

