İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampın İrandakı etirazlarla bağlı açıqlamalarını tənqid edib. Ali dini lider bildirib ki, Tramp öz ölkəsinin problemlərinə diqqət yetirməlidir. Onun sözlərinə görə, bəzi şəxslər ictimai əmlaka zərər vuraraq xarici qüvvələri razı salmağa çalışır.Xamenei vurğulayıb ki, İran heç vaxt xarici qüvvələrlə əməkdaşlıq etməyəcək və xalqı birliyə çağırıb. O, son günlər baş verən hadisələr zamanı çox sayda insanın həlak olduğunu da qeyd edib.Qeyd edək ki, Donald Tramp daha əvvəl İrandakı etirazçılara dəstək verdiyini və ABŞ-ın müdaxiləyə hazır olduğunu açıqlamışdı.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir