Xətai rayonunda tikinti işləri zamanı nar ağacının kəsilməsi ilə bağlı araşdırma aparılıb.AzTimes.az-ın məlumatına görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi faktı təsdiqləyib.

Araşdırma zamanı məlum olub ki, ağac ərazinin sahibi Mehman Hacıyevin göstərişi ilə kəsilib. Faktla bağlı M.Hacıyev barəsində protokol tərtib olunub və ona 5 480 manat məbləğində cərimə tətbiq edilib.
Xidmət vətəndaşları yaşıllıqların qorunmasına həssas yanaşmağa çağırıb və bu cür hallarla rastlaşanları “168 Çağrı Mərkəzi” ilə əlaqə saxlamaları üçün xəbərdar edib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

