Ömrü boyu üzündən sevinc əskik olmasın,
Daha bir ağrı-acı, sənə bir yük olmasın.
Bir vaxt sən də uşaqdın, indi müdrik babasan,
Duam budur daima güləsən şadlanasan.
Baxıb yavrularına, arzulara dalasan,
Onlar xoşbəxt olunca, sən də xoşbəxt olasan.
Hər açılan sabahı, müjdələrlə açasan.
Hər sabah təkrar-təkrar, nəvələri qucasan.
Elminlə, sənətinlə tanınsan da qardaşım
Fəqət gözəl insan tək, var min-min arkadaşın.
Gün olsun boyları, boyuna bərabər olsun,
Sənin tək vətən üçün dəyərli gövhər olsun.
Ömrü boyu şad-xürrəm, xoşbəxt-bəxtəvər olsun.
Sənin də sevincindən, gözlərin yaşla dolsun.
Bir anın, bir dəqiqən heç gəlməsin zavala,
Baxıb qürrələnəsən Kamala, həm Camala.
Bir də əziz qardaşım düşməyəsən əzaba,
Artıq qalsın tarixdə qoy adın Vüqar baba!
Mövsüm Əhməd
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin