“Veysəloğlu Distribusiya” rəhbərliyi Böyük Britaniyada qabaqcıl logistika modellərini öyrənib

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya”nın rəhbər heyəti – Tədarük Zənciri direktoru və İdarə Heyətinin üzvü Tural Cəfərli, eləcə də Anbar Əməliyyatları Departamentinin müdiri Fəxrim Cabbarlı təcrübənin artırılması və beynəlxalq logistika yeniliklərinin öyrənilməsi məqsədilə Böyük Britaniyaya işgüzar səfər ediblər.

Səfər çərçivəsində nümayəndə heyəti ölkənin aparıcı distribusiya şirkətlərinin – Mançesterdə James Hall & Co. LTD, Şimali İrlandiyada Henderson Group və Londonda A.F. Blakemore şirkətlərinin avtomatlaşdırılmış, robotlaşdırılmış və yüksək texnoloji logistika mərkəzlərində olub. Burada qabaqcıl anbar idarəetmə sistemləri, robot texnologiyaları, məhsul yığımı və çeşidlənmədə avtomatlaşdırılmış proseslər, eləcə də rəqəmsal təchizat zənciri idarəetməsi ilə tanışlıq keçirilib.

Görüşlər zamanı müasir logistika trendləri, proseslərin optimallaşdırılması, səmərəliliyin artırılması və innovativ idarəetmə modelləri müzakirə olunub.

Səfərin əsas məqsədi “Veysəloğlu Distribusiya”nın tədarük zənciri əməliyyatlarını – tələb proqnozlaşdırılması, tədarük, anbar idarəetməsi, daxili və beynəlxalq nəqliyyat, logistika infrastrukturu və digər sahələri beynəlxalq standartlara uyğunlaşdırmaq, yeni texnoloji imkanları araşdırmaq və ümumi səmərəliliyi artırmaq olub.

Veysəloğlu Şirkətlər Qrupu rəqabət qabiliyyətinin gücləndirilməsi və müştəri məmnuniyyətinin artırılması məqsədilə innovativ sistemlərin tətbiqinə xüsusi önəm verir. Bu işgüzar səfər də Şirkətlər Qrupunun qlobal təcrübəyə inteqrasiya və beynəlxalq tərəfdaşlıqların inkişafı istiqamətində atdığı strateji addımlardan biri kimi qiymətləndirilir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir