Qazaxıstanın Almatı şəhərində L’Oréal Central Asia tərəfindən təşkil olunan Skincare & Makeup Masterclass təliminə Azərbaycan nümayəndələri də qatılıb. Təlimdə “Veysəloğlu–Rossmann” komandasının iki əməkdaşı – təlim üzrə mütəxəssis Fəridə Manaf və satınalma üzrə aparıcı mütəxəssis Sevda Məmmədzadə iştirak edib.
Beynəlxalq tədbir çərçivəsində iştirakçılar L’Oréal brendlərinin peşəkar vizajistlərindən makiyaj və dəriyə qulluq üzrə ən son yanaşmaları öyrəniblər. Masterklass müasir gözəllik trendlərinin tətbiqi, məhsul bilikləri və praktiki bacarıqların artırılması məqsədi daşıyıb.
Təlimdə iştirak “Veysəloğlu–Rossmann” əməkdaşlarına həm peşəkar inkişaf imkanı yaradıb, həm də sektorun aparıcı mütəxəssisləri ilə birbaşa əlaqə quraraq beynəlxalq təcrübələri müzakirə etməyə şərait verib.
Şirkətdən bildirilib ki, belə tədbirlərdə iştirak Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşların inkişafına yönəlik strateji istiqamətlərindən biridir. Qrup regional və beynəlxalq formatlı təlimlərə qatılmaqla komanda potensialını artırmağı və tərəfdaşlıq əlaqələrini genişləndirməyi davam etdirmək niyyətindədir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

