İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə yeni videotəlimat hazırlayıb.
Məlumata görə, videotəlimatda “Hüquqi şəxsin fəaliyyətinin dayandırılması” haqqında arayışın təqdim olunması qaydaları ətraflı şəkildə izah edilir. Təlimat hüquqi şəxslərin və sahibkarların müvafiq prosedurları daha asan və düzgün şəkildə həyata keçirməsinə dəstək vermək məqsədi daşıyır.

Dövlət Vergi Xidmətindən bildirilib ki, bu cür maarifləndirici materialların hazırlanması vergi ödəyicilərinin məlumatlandırılması, sənəd dövriyyəsinin sadələşdirilməsi və xidmətlərdən istifadənin operativliyinin artırılmasına xidmət edir.
Qeyd edək ki, videotəlimat elektron xidmətlərdən istifadə zamanı yarana biləcək sualların aradan qaldırılmasına və vaxt itkisinin minimuma endirilməsinə imkan yaradacaq.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir