Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan yerli mətbuata açıqlamasında bildirib ki, Vaşinqton razılaşması Ermənistan və Azərbaycan arasında sülh üçün imkan yaradıb. O, Azərbaycanla sülh müqaviləsinin yaxın gələcəkdə imzalanması və ratifikasiyasının planlaşdırıldığını qeyd edib.

Tanınmış politoloq Nəsimi Məmmədli yenifikir.media-ya açıqlamasında bildirib ki, Azərbaycan sülh sazişini imzalamaq üçün iki şərt irəli sürmüşdü: ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması və Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına əsas verən müddəaların dəyişdirilməsi.

Nəsimi Məmmədli sözlərinə görə, birinci məsələ artıq əsasən həll olunub və hər iki tərəf ATƏT-in Minsk Qrupunun buraxılmasına razılıq verib. Lakin ikinci şərtlə bağlı Azərbaycanın mövqeyində hələlik dəyişiklik yoxdur. Azərbaycan, Ermənistan konstitusiyasında dəyişiklik edilmədən sülh sazişini imzalamağa tələsmir. Politoloq qeyd edir ki, Mirzoyanın bəyanatına rəsmi Bakından adekvat reaksiya verilməzsə, sülh prosesi ilə bağlı yeni məsələlərin ortaya çıxması mümkündür.

Politoloq əlavə edib ki, əgər Ermənistan konstitusiyasına müəyyən müddət ərzində dəyişiklik edilməsinə dair Azərbaycana açıq, etibarlı və rəsmi zəmanət verilərsə, sülh sazişinin imzalanması mümkün olacaq. Vaşinqtonda sazişin paraflanması isə faktiki olaraq Ermənistanla müharibə və münaqişənin sonuna işarə edir.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir