“Vətən sağ olsun” xeyriyyə cəmiyyətinin rəhbəri Püstə Hüseynova təşəbbüsü ilə qazi və aztəminatlı ailələrin övladları üçün xüsusi sünnət aksiyası keçirilib. Tədbir çərçivəsində uşaqlar müsəlman edilərək bu əlamətdar gündə ailələrinə böyük sevinc yaşadılıb.
Qeyd edək ki, “Vətən sağ olsun” təşkilatı artıq uzun illərdir ki, xeyriyyə tədbirləri ilə cəmiyyətin dəstəyinə ehtiyacı olan insanlara yardım edir. 31 dekabr və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində keçirilən bu aksiya da onların ən son təşəbbüslərindən biridir və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.




Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

