Son zamanlar loqopedlərə müraciətlər artıb. Bu, uşaqlar və böyüklər arasında danışıq, tələffüz və nitq problemlərinə olan diqqətin artdığını göstərir. Valideynlər və müəllimlər erkən müdaxilənin əhəmiyyətini daha yaxşı anlayır, eyni zamanda texnologiyanın və sosial medianın təsiri ilə nitq pozuntuları daha geniş müşahidə olunur. Loqopedlər isə fərdi yanaşma və peşəkar metodlarla danışıq bacarıqlarının inkişafına dəstək olurlar.
Loqoped Nərmin Kəngərli yenifikir.media-nın “Loqoped olaraq uşaqların danışıq və nitq bacarıqlarını inkişaf etdirərkən ən çox qarşılaşdığınız çətinliklər hansılardır və valideynlər bu prosesdə necə dəstək ola bilər?” sualını cavablandırıb. Nərmin Kəngərli bildirib ki, loqoped olaraq ən çox qarşılaşdığı çətinliklər valideynlərin səbrsizliyi, uşaqların telefon və planşetdən daha çox istifadəsi, evə verilən tapşırığın yerinə yetirilməməsi, ikidillilik və s. ən çox rast gəlinən çətinliklərə aiddir.
Valideynlər bu prosesdə uşaqların danışma cəhdlərini tənqid etmədən qəbul etməli, kiçik səhvləri səbrlə qarşılamalıdır. Səs oyunları və şeir oxumaqla nitqi zənginləşdirə bilərlər. Ritimli sözlər, mahnılar, şeirlər uşağın nitq bacarıqlarını inkişaf etdirir və nitqə əyləncəli təcrübə yaradır.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

