Uşaqlara çox şirin qidalar vermək doğru deyil. Əvvəlcə körpələr mümkün qədər ana südü ilə qidalanmalıdır. Təmiz havada çox vaxt keçirmələri, gəzintilər uşaqlar üçün çox vacibdir. Süni qidalardan qaçmaq və təbii qidalara üstünlük vermək önəmlidir. Əlbəttə, hər ailənin imkanı fərqli ola bilər, amma belə olduqda da qidanın tərkibinə və uşağın rasionuna diqqət yetirilməlidir.
Bəzən dükanlarda zərərli tərkibli şirniyyatlara çox meyl olunur. Uşaqlara bu cür şirniyyatların çox verilməsi sağlamlıq və inkişaf baxımından təhlükəlidir. Zərərli qidalar körpələrin inkişafına və sağlamlığına mənfi təsir göstərir. Belə hallarda uşaqları şirniyyat yerinə meyvəyə öyrəşdirmək daha faydalıdır. Meyvə şirələri də verilməlidir. Süni qidalar və ziyanlı yağlardan hazırlanmış kökələr böyüklər üçün olduğu qədər, uşaqlar üçün də daha çox zərərlidir.
Sədaqət Əliyeva
Sosioloq
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin