İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində tutulan keçmiş futbolçu Ümit Karanın test nəticəsi açıqlanıb. Aparılan analizlər Karanın narkotik istifadə etdiyini göstərib.
İstintaq sənədlərinə görə, Karan “narkotik və ya stimullaşdırıcı maddələri lisenziyasız satmaq, təqdim etmək, saxlamaq və istifadə etmək” ittihamı ilə məhkəməyə verilib. Məhkəmə təqdim olunan sübutları nəzərə alaraq onun həbsinə qərar verib. Keçmiş peşəkar futbolçu Ümit Karan Türkiyemspor, Gençlerbirliyi, Qalatasaray, BB Ankaraspor və Eskişehirspor komandalarında oynayıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

