NATO Xarici İşlər Nazirləri toplantısından sonra çıxış edən Baş katib Mark Rutte Rusiyaya sərt mesaj verib.Yenifikir.media bildirir ki, Rutte Rusiya Ukraynanı və onun kritik infrastrukturunu hədəf almağa davam edir, müttəfiqlərin hava sərhədini pozur, kiber hücumları artırır və dənizaltı infrastrukturu izləmək üçün casus gəmiləri yerləşdirir. O, ABŞ Prezidenti Donald Trampın “ədalətli və davamlı sülh” təşəbbüsünü dəstəklədiklərini də vurğulayıb.

Rutte Rusiyaya ünvanladığı mesajda belə deyib:

“Putin bizim geri çəkiləcəyimizi düşünür, amma yanılır. NATO heç yerə getmir. Ukraynaya dəstəyi artırırıq və Rusiyaya təzyiqi gücləndiririk.”

Baş katib əlavə edib ki, NATO müdafiə ittifaqı olaraq bir milyard insanın təhlükəsizliyini təmin etmək üçün üzərinə düşən hər addımı atmağa hazırdır.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir