Son illərdə Ukraynadan Belarusa qanunsuz yolla keçməyə çalışanların sayı dəfələrlə artıb. Yenifikir.media xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinə istinadən “Слідство.Инфо” xəbər yayıb. Rəsmi məlumata görə, 2025-ci ilin əvvəlindən avqustun 1-dək 18–60 yaş arası 911 nəfər sərhədi qanunsuz keçməyə cəhd edərkən saxlanılıb.
Statistikaya əsasən, 2022-ci ildə belə halların sayı 61 dəfə olub, 2023-cü ildə 26-ya düşsə də, 2024-cü ildə 336-ya yüksəlib.
Xatırladaq ki, yaxın vaxtlarda Ukraynada hərbi xidmətdən yayınaraq ölkədən qaçmağa cəhd edənlər üçün cəzaların sərtləşdirilməsi nəzərdə tutulur.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

