Ukrayna Müdafiə Naziri Denis Şmigal, Rəqəmsal Transformasiya Naziri Mixayl Fedorov və Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasil Malyuk istefa edib. Parlamentdə keçirilən səsvermədə Şmigalın istefası 265, Fedorovun 270, Malyukun isə 235 səslə qəbul olunub. Prezident Zelenski Fedorovu Müdafiə Naziri, Ukrayna Müdafiə Nazirliyinin Əsas Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Oleq İvaşçenkonu isə GUR başçısı vəzifəsinə təyin edib. Şmigal Enerji Nazirliyinə gətiriləcək, SBU-nun müvəqqəti rəhbəri isə Yevgeni Xmarа olacaq.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

