Cenevrədə keçirilən danışıqlarda Ukrayna ABŞ-ın sülh planındakı Kiyev üçün çətin olan bir çox bəndi dəyişdirə bilib. “RBK-Ukrayna”ya görə, tərəflər planın əksər hissəsində razılaşıb, mübahisəli maddələr isə yenidən işlənib.

Ordunun say tərkibi, Zaporojye AES-ə nəzarət, əsir mübadiləsi və məhkumların geri qaytarılması mövzularında razılıq əldə olunub. Ən həssas məsələləri Zelenski ilə Trampın mümkün görüşdə müzakirə edəcəyi gözlənilir.

Reuters yazır ki, Zelenski yaxın günlərdə ABŞ-a səfəri zamanı əsasən ərazi məsələsini müzakirə etməyi planlaşdırır. Səfərin tarixi hələ müəyyənləşməyib.

Bundan əvvəl Avropa siyasətçiləri Trampın sülh planına cavab olaraq ona məktub göndərmişdi.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir