Dünən gecə Qara dənizdə “Kairos” və “Virat” adlı iki tanker Ukrayna qüvvələri tərəfindən vurulub. Tankerlər Rusiya tərəfindən beynəlxalq sanksiyalardan yayınmaq və neft ixrac etmək üçün istifadə edilirdi.
Yenifikir.media bildirir ki,Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) açıqlamasına görə, hücum SBU və Ukrayna Donanmasının birgə əməliyyatı ilə həyata keçirilib. Tankerlər Novorossiysk limanına doğru hərəkətdə olarkən boş olub və zərbədən sonra ciddi ziyan görərək faktiki olaraq sıradan çıxıb.
Hadisənin dron görüntülərində tankerə dəyən zərbədən sonra alovların yüksəldiyi və qalın tüstünün göyə qalxdığı görünür. Bu əməliyyat Rusiyanın neft daşımalarına ciddi zərbə sayılır.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

