Ukrayna Prezidenti Volodimir Zelenski Roma Papası XIV Leo ilə görüşüb. Yenifikir.media xəbər verir ki, bu barədə Zelenski sosial media hesabında məlumat paylaşıb.Ukrayna lideri qeyd edib ki, Roma Papasına Ukrayna və ukraynalılar üçün davamlı dua etdiyi və ədalətli barış çağırışları üçün təşəkkür edib.
Görüş zamanı ABŞ ilə aparılan diplomatik səylər, Rusiyanın qaçırdığı uşaqların geri qaytarılması və Vatikanın vasitəçilik təşəbbüsləri müzakirə olunub.Zelenski həmçinin gənc ukraynalıları dəstəkləmək üçün göstərdiyi səylərə görə Roma Papası XIV Leoya minnətdarlığını bildirib və onu Ukraynaya dəvət edərək, bunun xalq üçün güclü bir dəstək mesajı olacağını vurğulayıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

