Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.AZƏRTAC xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki hesabında paylaşım edib.Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın Müstəqillik Günü münasibətilə təbriklərini, eləcə də Ukrayna xalqına olan ehtiramını yüksək qiymətləndirən V.Zelenski vurğulayıb: “Hörmətli Prezident, Ukrayna və Azərbaycan hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyiblər. Biz humanitar və digər yardımlara görə dost Azərbaycana çox minnətdarıq. Xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik”.

Yenifikir.media

Yenifikir.mediaUkrayna Prezidenti ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir