Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirilo Budanov Parisdə keçirilən danışıqların ikinci günündə real nəticələrin əldə olunduğunu bildirib. Ukrayna üçün sülhün təmin olunması və təhlükəsizlik zəmanətləri ilə bağlı müzakirələr davam edir. Budanov həmçinin qeyd edib ki, hələlik bütün detalları açıqlamaq mümkün olmasa da, danışıqlarda irəliləyiş var.
Prezident Vladimir Zelenski isə bildirib ki, Ukrayna nümayəndə heyətləri müharibənin dayandırılması və təhlükəsizlik məsələləri üzərində işi davam etdirir.
Zelenski ABŞ nümayəndələri ilə daha bir görüşün keçirilməsini də zəruri hesab edib. Bu danışıqlarda ən çətin mövzular – Zaporojye Atom Elektrik Stansiyası və ərazilərlə bağlı məsələlər müzakirə olunacaq.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

