ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker CNN-ə açıqlamasında bildirib ki, Vaşinqton və Moskva qarşılıqlı ərazi mübadiləsi üzrə siyahını razılaşdırır. Onun sözlərinə görə, bu proseslə şərtləri qeydə alan texniki qruplar məşğuldur.
Diplomat qeyd edib ki, ABŞ üçün silahlı münaqişənin dayandırılması danışıqların əsas məqsədidir.
Uitaker daha sonra əlavə edib ki, Zelenski Rusiya ilə müharibəni bitirməyə hazır olmalıdır. Zelenski isə bir daha bəyan edib ki, Ukrayna “öz ərazilərini” verməyəcək və yalnız “sülh gətirəcək real həllərə” razıdır.
Yəhya Əliyev
Yenifikir.media
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin