Ukrayna böhranına yalnız ABŞ – nin Rusiyaya ciddi təsiri və təzyiqi töhfə verə bilər. Müxtəlif görüşlər, danışıqlar hələ heç bir həlledici rola malik deyil. Rusiya yalnız işğal etdiyi torpaqlardan çəkildiyi təqdirdə Ukrayna ilə sülh danışıqları mümkün ola bilər.
Ukrayna tərəfi öz mövqeyini ABŞ-nəzərinə çatdıraraq bu təsirlərin artırılmasını istəyəcək. Rusiya sülhdən qaçır və torpaqları qaytarmaq istəmir.
Eyni zamanda Avropa Birliyi də öz qoşunlarını Ukraynada yerləşdirmək istəyir. Ukrayna nümayəndə heyəti ilə ABŞ rəsmisinin görüşü ilə təbii ki, müttəfiqliklərini təsdiqləmiş olurlar. Amma bununla yanaşı Rusiyaya ciddi və təsirli vasitələrlə təziq göstərilməsə, onu sülhə məcbur etməsələr müharibə uzun müddət davam edə bilər.
Ukrayna tərəfi təbii ki, gözləyir ki, ABŞ Rusiyaya qarşı ciddi basqılar tətbiq etsin və onu sülhə məcbur etsin. Lakin Tramp administrasiyası Rusiya ilə iqtisadiyyat və başqa sahələrdəki münasibətlərini tam məhv etməmək üçün sülh prosesində həlledici addımlardan çəkinir. Tədricən, əsasən də diplomatik yollarla müdaxilə etməyi üstün tutur.
Ukrayna isə birmənalı şəkildə istəyir ki, ABŞ hər hansı bir yolla məsələyə daha ciddi şəkildə müdaxilə etsin. Ola bilsin anlaşsınlar və ABŞ Rusiya tərəfə daha ciddi sanksiyaların tətbiq olunacağı ilə bağlı nota göndərsin.
Tural İrfan
Politoloq
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin