Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş əməkdaşı İvan Stupak deyib ki, Ukraynanın 800 minlik böyük ordunu saxlamaq imkanı yoxdur. O bildirib ki, bu qədər hərbçi saxlamaq ölkə üçün çətindir. Məsələn, Almaniyada 180 min, Polşada isə 200 min hərbçi var.
Stupak əlavə edib ki, Ukrayna yalnız Qərb ölkələrinin tam dəstəyi ilə belə böyük orduya sahib ola bilər.
Əvvəl Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski isə ABŞ-ın sülh planında ordunun sayını məhdudlaşdırmaq maddəsinin diqqəti NATO məsələsindən yayındırmaq üçün əlavə olunduğunu demişdi.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

