Çempionlar Liqasında uğurlu çıxışı ilə diqqət çəkən “Qarabağ” 10 dekabr tarixində “Ayaks” Amsterdam klubunu Bakıda qəbul edəcək. Azərbaycan təmsilçisi qrup mərhələsində artıq 7 xal toplayıb.”Qarabağ” futbol klubu Avropanın ən güclü meydanlarında belə ölkə futbolunun adını ucaldır və azarkeşlərə böyük qürur yaşadır. Sabahkı qarşılaşma həm meydanda, həm də tribunada yüksək əhval-ruhiyyə və həyəcan vəd edir.Azərbaycanda futbolsevərlər komandaya dəstək vermək üçün stadionları dolduracaq, hər gedişat, hər ötürmə və hər qol milli azarkeşlərin ürəyini döyüdəcək.”Qarabağ” ın qələbə arzusu yalnız xal toplamaqla məhdudlaşmır. Bu, eyni zamanda Azərbaycan futbolunun Avropada tanınması və gücünü göstərmək üçün böyük fürsətdir.
“Qarabağ” ın oyun üslubu, gənc oyunçuların enerjisi və taktiki hazırlığı, sabah “Ayaks” kimi Avropanın prestijli klubuna qarşı meydanda necə nəticə göstərəcəyini maraqla izləyəcək futbolsevərlərin ümidlərini artırır. Bakının stadion ab-havası, azarkeşlərin dəstəyi və komandamızın motivasiyası birləşərək qarşıdakı oyunu unudulmaz anlara çevirə bilər.
10 dekabr Azərbaycan futbolu üçün böyük gün olacaq. Əminik ki, “Qarabağ” Avropanın güclü klubuna qarşı qələbə üçün bütün gücünü ortaya qoyub tamaşaçılara sevincli gecə bəxş edəcək.
Uğurlar olsun, “Qarabağ” , uğurlar olsun Qurban Qurbanov.
Ülkər Tahirqızı
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

