Son vaxtlar sosial şəbəkələrdə yayılan reklamlar izləyiciləri açıq-aşkar bezdirib. TikTok və Instagram “qəhrəmanları” ev alqı-satqısından tutmuş bazardakı hər şeyi reklam edirlər – elə bil ki, dünya yalnız onların video çarxlarından ibarətdir.

Xüsusilə Dentera səhifəsinin paylaşdığı reklam rolikinin altındakı rəylər vəziyyətin dramatik komediyaya çevrildiyini göstərir. Ucuz və bayağı reklamla pasiyent cəlb etməyə çalışan klinika həm izləyiciləri əyləndirir, həm də reklam qanunlarını kobud şəkildə pozur.

Qısa deməli olsaq: sosial şəbəkələrdə reklam – bu gün artıq bir incəsənət növü deyil, absurd teatrın yeni janrı, izləyici isə könüllü tamaşaçıdır. Sözsüz ki, gülməmək mümkün deyil, amma bəzən istəyirsən ki, bir küncə çəkilib “bu artıq çoxdur” deyəsən.

Əminik ki, bu cür bayağı və mənasız reklamlara dövlətin dur deyəcəyi gün çox da uzaqda deyil.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir