Tərtər rayonunda əhalinin sosial xidmətlərə çıxışını daha da asanlaşdıracaq yeni struktur fəaliyyətə başlayıb. Qarabağ Regional DOST Mərkəzinin Tərtər filialı artıq vətəndaşlara xidmət göstərir.Açılış çərçivəsində Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov filialda yaradılan şəraitlə tanış olub, xidmət prosesini yerində izləyiblər.
Nazir Anar Əliyev bildirib ki, DOST Agentliyinin yaradılması sosial islahatların ən mühüm nəticələrindən biridir. Onun sözlərinə görə, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə formalaşan DOST konsepsiyası dövlət sosial xidmətlərini “bir pəncərə” prinsipi ilə vətəndaşlara daha şəffaf və çevik şəkildə təqdim etməyə imkan verir.Rəsmi şəxslər qeyd ediblər ki, xidmət şəbəkəsinin genişlənməsi regionlarda sosial təminata çıxışı xeyli sürətləndirir. Tərtərin də bu sistemə daxil edilməsi rayon sakinlərinin paytaxta üz tutmadan bir çox sosial məsələləri yerində həll etməsinə şərait yaradacaq.Hazırda ölkə üzrə Bakı və bölgələrdə 7 DOST Mərkəzi, 2 filial, “Smart DOST” məntəqəsi və digər xidmət nöqtələri fəaliyyət göstərir. Paralel olaraq Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da yeni mərkəzlərin yaradılması istiqamətində işlər aparılır.Nazir yeni filialın əsas vəzifəsinin yalnız sənəd qəbulu deyil, vətəndaşların real problemlərinin həllinə fokuslanmaq olduğunu vurğulayıb. Xüsusilə iş axtaran şəxslərin aktiv məşğulluq proqramlarına cəlb olunması prioritet kimi göstərilib.İki mərtəbəli müasir binada yerləşən Tərtər DOST filialında gün ərzində orta hesabla 80-ə yaxın vətəndaşın qəbul edilməsi nəzərdə tutulur. Filial sosial müdafiə, məşğulluq, pensiya və digər istiqamətlər üzrə xidmətləri bir məkanda təqdim edəcək.Yeni strukturun fəaliyyətə başlaması Tərtərdə sosial xidmətlərin keyfiyyətini artırmaqla yanaşı, vətəndaş məmnunluğunun yüksəldilməsinə də xidmət edəcək.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir