ABŞ Prezidenti Donald Tramp, Qəzzədə əldə olunan atəşkəs razılaşmasından sonra keçiriləcək “Sülh naminə Şarm əl-Şeyx Zirvəsi”nə qatılmaq üçün Misirə yola düşüb.
Yenifikir.media xəbər verir ki, Tramp təyyarəyə minməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən Türkiyənin və Prezident Rəcəb Tayyib Ərdoğanın atəşkəs prosesində mühüm rol oynadığını vurğulayıb.
“Türkiyə Qəzzədə sülhün bərpasında əsas rol oynadı. Prezident Ərdoğan çox yaxşı iş gördü,ona böyük hörmət var, və Türklər güclü bir xalqdır və Türkiyənin çox qüdrətli ordusu var.”– deyə Tramp bildirib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

