Türkiyənin Bartın şəhərinin Organize sənaye bölgəsindəki kauçuk fabrikinda qaz sızması olub. Hadisə zamanı 32 işçi zəhərlənib. Ürəkbulanma, qusma və baş ağrısı əlamətləri diaqnou ilə xəstəxanaya yerləşdirilənlərin 26 nəfəri ilkin müayinələrdən sonra evə buraxılıb, 6 nəfərin müalicəsi isə davam edir. Hadisə ilə bağlı araşdırma aparılır.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin