Türkiyənin Edirnə şəhərində yaşayan Çetin Dada 49 ildir səyyar şəkildə dondurma satır. Əvvəllər əl arabası ilə satış edən edirnəli indi elektrikli velosipedlə küçə-küçə gəzərək dondurma təklif edir. Onun təbii məhsullarla hazırladığı dondurmanı uşaqlar çox xoşlayır.
“Bu ənənə yaşasın deyə davam edirəm”, – deyə Çetin Dada bildirib. “Əvvəllər dondurma verdiyim uşaqların indi öz övladlarına dondurma satıram”, – deyə o əlavə edib.
Yenifikir.media
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin