İlin əvvəlində qiymətləri 20-25% artırdıqdan sonra türk otelləri rusiyalı turistlərin tələbinin azalması səbəbindən indi əksini etməyə doğru gedir…

Yenifikir.media xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya Səyahət Sənayesi İttifaqının (RUTİ) mətbuat xidmətindən bildirilib.

“İlin əvvəlində, bizim hesablamalarımıza görə, türkiyəli otelçilər qiymətləri 20-25% artırıblar, indi isə növbəti ay üçün onları ötən ilki rəqəmlərə endiriblər”, – məlumatda deyilir.

Bildirilir ki, Türkiyə sabit tələbata malikdir, lakin turistlər yerli kurortların qiymət siyasətinə çox həssasdırlar.

“Türkiyəli otelçilər qiymətləri qaldırdıqdan sonra turistlərimizin bu istiqamətdə azalması və başqa ölkələrə yönləndirilməsinin şahidi olduq. Türkiyə otelləri səhvi anladılar və müxtəlif endirimlər etməyə başladılar. Avqust üçün tələbat yaxşıdır”, – ittifaqdan bildirilib.

Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) məlumat verib ki, Türkiyə avqust ayı üzrə tur satışlarına görə liderdir (satılan turların 38,4%-i), ötən ilin avqustunda isə bu istiqamətin payı 34,8% olub.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir