Qiymət bahalaşması ilə əlaqədar bu yay Türkiyə turizm sektorunda gözlənilməz geriləmə müşahidə olunurdu. Lakin otellərdə qiymətlərin kəskin şəkildə aşağı düşməsi rus turistlərin Türkiyəyə axın etməsinə səbəb olub. Ulusal.az Rusiya mediasına istinadən xəbər verir ki, artıq rusiyalı turistlər sentyabr və oktyabr aylarında Türkiyədə istirahət etmək üçün kütləvi turlar alırlar. Rusiya Turizm Sənayesi İttifaqının məlumatına görə, otellərdə qiymətlər ötən illə müqayisədə nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Məhz bu səbəbdən rusiyalı turistlər ucuzlaşan turlardan istifadə edirlər.

Məlumatlara əsasən, bu mövsümdə Türkiyəni təxminən 3,8 milyon rusiyalı turistin ziyarət edəcəyi gözlənilir.

Turizm şirkətlərinin məlumatına görə, bəzi bölgələrdə – xüsusilə Antalya, Alanya və Bodrum istiqamətində otel qiymətləri ötən ilin analoji dövründəki qiymətlərdən aşağıdır.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir