Nothing şirkəti Türkiyədə CMF Phone 1 modelini satışa çıxarıb. Telefon güclü texniki göstəriciləri ilə diqqət çəkir.
CMF Phone 1-in əsas xüsusiyyətləri bu cürdür :
6.67 düymlük AMOLED ekran
120 Hz yeniləmə sürəti
8 GB RAM (+16 GB virtual RAM)
MediaTek Dimensity 7300 prosessoru
50 MP Sony əsas kamera
5.000 mAh batareya və 33W sürətli şarj
Telefon 128 GB yaddaşla ₺18.999 türk lirəsi ( 795 manat) 256 GB versiyası isə ₺19.999- türk lirəsinə (837,38) satılır. Rəng seçimləri su yaşılı, qara və narıncıdır. Arxa qapaq dəyişilə bilir.
CMF Phone 1, Android əsaslı Nothing OS ilə gəlir və qutudan 45W-lıq şarj cihazı ilə çıxır. Markanın siması isə motosiklet üzrə dünya çempionu Toprak Razgatlıoğludur.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin