ABŞ-ın Suriyə üzrə xüsusi nümayəndəsi Tom Barrak Şam Beynəlxalq Hava Limanının yenidən qurulması və yeni obyektlərin inşası üçün 4 milyard dollarlıq razılaşma imzalandığını açıqlayıb. Yenifikir.media bu barədə türk mətbuatına istinadən xəbər verir.
Qeyd edək ki, layihəni Türkiyədən Kalyon və Cengiz, Qətərdən isə UCC şirkətləri həyata keçirəcək. Konsorsium hava limanını yeniləcək və yeni obyektlər tikəcək.
Tikinti “tikinti–işlətmə–təslim” modeli ilə həyata keçiriləcək. Layihə 8 il ərzində mərhələli şəkildə icra olunacaq.Nəticədə illik sərnişin tutumu 31 milyona çatdırılacaq.
Yenifikir.media
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin