Türkiyə milli komandasının 2026 FIFA Dünya Çempionatı seçmə mərhələsi E qrupunda İspaniya ilə keçirəcəyi oyunun hakim heyəti müəyyənləşib. 7 sentyabr, bazar günü saat 21:45-də MEDAŞ Konya Böyükşəhər Stadionunda baş tutacaq qarşılaşmanı baş hakim Maykl Oliver idarə edəcək. Ona yan xətdə Stüart Burt və Ceyms Meynvairinq kömək edəcək.
Dördüncü hakim Kristofer Kavanah olacaq. VAR-da Cared Gavan Gillett, AVAR-da isə Darren England çalışacaq.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin