Ankara Ermənistanla uzun illərdir bağlı olan quru sərhədini açmaq istiqamətində addımlar atır. Məsələnin gündəmə gəlməsi Azərbaycan–Ermənistan sülh danışıqlarında əldə olunan irəliləyişlə bağlıdır. Türkiyə sərhədin açılması üçün sülh sazişinin rəsmiləşdirilməsini əsas şərt kimi qoyur. Xarici işlər naziri Hakan Fidan da münasibətlərin yalnız sülh imzalandıqdan sonra normallaşa biləcəyini bildirib.Yenifikir.media xarici mətbuata istinadən xəbər verir ki, sülhün təşkili regiondakı enerji xəttlərinin təhlükəsizliyini gücləndirəcək, Zəngəzur dəhlizi isə Türkiyənin tranzit rolunu daha da artıracaq.
Mənbələrin dəyərləndirməsinə görə, sərhədin açılması ən tez 2026-cı ilin əvvəlində mümkün görünür. Bu addımın hər iki ölkənin sərhəd bölgələrində iqtisadi fəallığı artıracağı gözlənilir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

