“Sara Vagenknechtin Alyansı — Ağıllı və Ədalətli” (BSW) partiyasının Xarici Əlaqələr Komitəsinin sədri Sevim Dağdelen Almaniyanın Ukraynaya göndərdiyi yardımları sərt tənqid edib. O, “Şimal Axını” və “Şimal Axını‑2” qaz kəmərlərinin partladılmasında iştirakı ola biləcək ukraynalının həbs olunmasına reaksiya verib.

Dağdelen bildirib ki, əgər Ukraynanın terror aktlarında əli varsa, ora pul, silah və əsgər göndərmək başa düşülən deyil, halbuki Almaniyada təqaüdçülər gəlir əldə etmək üçün tullantı qutularından istifadə etməyə məcburdur.

Partlayışlarda iştirakı ehtimal olunan ukraynalı 21 avqustda İtaliyada saxlanılıb. Həbs Almaniyanın 18 avqust tarixində verdiyi order əsasında həyata keçirilib və ekstradisiya edildikdən sonra məhkəmə qarşısına çıxarılacaq.

Qeyd edək ki, Sevim Dağdelen Türkiyədən Almaniyaya köçmüş kürd əsilli jurnalist və siyasətçidir. O , Almaniyada daha çox Türkiyə əleyhinə çıxışları ilə tanınır.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir