Türkiyədə Fair Play dəyərlərinin cəmiyyətə aşılanması və geniş şəkildə təşviqi məqsədilə ənənəvi olaraq təşkil edilən Türkiyə Fair Play mükafatlarının qalibləri müəyyənləşdirilib.Türkiyə Milli Olimpiya Komitəsinin (TMOK) Fair Play Komissiyası tərəfindən aparılan qiymətləndirmə nəticəsində çoxsaylı namizədlər arasından 22 şəxs və qurum mükafata layiq görülüb.
Mükafatlandırılanlar 2024-cü il ərzində sərgilədikləri fair play davranışları, bu anlayışın təbliği və idmanda etik dəyərlərə verdikləri töhfələrə görə seçiliblər. Təltifetmə mərasimi 23 dekabr, çərşənbə axşamı günü İstanbulun Ataköy Olimpiya Evində, saat 17:30-da keçiriləcək.
Fair Play mükafatı qazananlar sırasında Umut Ünlü, Daniele Santarelli, Alperen Şengün, Toprak Razgatlıoğlu, Yusuf Dikeç, Recep Uçar, Kuzey Tunçelli, Gənclərbirliyi Qadın Futbol Komandası, Öznur Cüre, Ata Atakul, Gülşah Sırakaya, Denizli Çamlık FK, Sakine Küçükakyüz, Melihşah Katman, Ejder Sözen, Ragıp Vural Tandoğan, Alp Pehlivan, Sakarya Harmanlıkspor, Selçuk Erdoğan və Boyabat Təhsil Spor Qadın Futbol Komandası yer alır.
Mərasim çərçivəsində, həmçinin bədən tərbiyəsi müəllimi Ferhunde Tuba Üstünkal və Tekirdağ Yeniçiftlik Nizamettin Demirdöven İbtidai Məktəbi “ictimai Fair Play” mükafatı ilə təltif olunacaq.
Bununla yanaşı, tədbirdə 2024-cü ildə Avropa və Dünya Fair Play mükafatlarına layiq görülmüş, lakin mükafatlarını xaricdə ala bilməyən şəxs və qurumlara, eləcə də III Dünya Fair Play foto müsabiqəsində qalib olan iştirakçılara da mükafatlar təqdim ediləcək.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

