Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi, ölkənin sosial media fenomeni, transgender qadın Mükremin Gezginin “Instagram” hesabına Türkiyədən girişin qadağan olunması üçün şikayət edib.

Mükremin Gezginin kişilərə “Mən qadın deyiləm?” sualını verdiyi videoları paylaşmasını “tərbiyəsiz hərəkətlər” və “əxlaqsızlıq” kimi qiymətləndirərək cinayət işi açıb. Ona qarşı “əxlaqsız yayımlara vasitəçilik” ittihamı ilə 3 ilədək həbs cəzası tələb edilib.

Barəsində verilən şikayətlə razılaşmayan transgender qadın məhkəmədə bildirib: “İttihamları qəbul etmirəm. Özümü qadın kimi hiss edirəm və bunu ifadə edərkən rahat oluram. Videolarda da ‘özümə mən qadınam’ deyirəm.”

Qeyd edək ki, fenomen məhkəmədə qalib gəlsə də, Instagram hesabına Türkiyədən giriş hələ də bloklanıb.

Reaksiyalar:

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın