Tanınmış ilahiyyatçı Tural İrfan Qurani-Kərimin niyə tam dərk olunmadığı sualını yenifikir.media üçün cavablandırıb. O bildirib ki, Qurani-Kərim dərk olunan kitabdır, amma inancla bağlı olduğu üçün daha çox həssaslıq və diqqət tələb edir. Bu səbəbdən fikir ayrılığı və fərqli yozumlar meydana gəlir. Hər kəs öz şərhini daha qəti hesab edir. Ərəblərin əksəriyyəti Qurani-Kərimi tam dərk edir, anlayırlar. Problem əsasən tərcümə və izahlaradır.

Tural İrfan daha sonra əlavə edib ki, Quran tərcümə deyil, təfsir olunmalıdır. Təcrübə göstərir ki, tərcümələr effekt vermir, əksinə, müsəlmanların ixtilafına və Quranı yanlış şəkildə anlamalarına səbəb olur. Təfsir isə ətraflı və əsaslı şərhdir ki, bu da şübhə yeri qoymur. Tərcümələr isə qurudur. Ərəb dilinin zənginliyi, xüsusilə də klassik ərəb dilinin fərqliliyi tərcümədə konkretliyə imkan vermir.

Tural İrfan Qurana şərh yazmağın yalnız din alimləri ilə məhdudlaşmaması gərəkdiyini də vurğulayıb. Onun fikrincə, Quranı mütləq dini və dünyəvi alimlərdən ibarət bir komissiya təfsir etməlidir. Tək bir şəxsin Qurana şərh verməsi subyektiv yanaşmaların ortaya çıxmasına və nəticədə ixtilaflara səbəb ola bilər. Tarixən Quranla bağlı işlər həmişə komissiya və şura şəklində həyata keçirilib. Hətta Peyğəmbərlərin özləri də mələk Cəbrayıl və katiblərlə kömək alıb. Əbu Bəkr dövründə Zeyd bin Sabit və digər nüfuzlu səhabələrdən ibarət bir komissiya Quranı müshəf halına gətiriblər.

Tural İrfan təfsirdə dünyanın müxtəlif sahələrinə aid mütəxəssislərin yer alması gərəkdiyini qeyd edib. Quranın elmi, fəlsəfi və tarixə aid olan ayələrinin təfsirində müasir elmin, həmçinin ərəb dili mütəxəssislərinin də rolu vacibdir. Bu yanaşma, yalnız dini alimlərin deyil, digər elmi sahələrin də ekspertlərinin bir araya gəldiyi bir komissiya tərəfindən həyata keçirilməlidir.

Quran tərcümələrindəki ziddiyyətlərin yalnız mütərcimlərin şəxsi fikirlərinə görə meydana gəldiyini bildirən Tural İrfan, bəzi ayələrin tam anlamının mümkün olmadığını da vurğulayıb. Bu, Quranın özündəki şifrələr və kodlarla əlaqəlidir. Bu ayələrin sirri yalnız Allaha aiddir. Tərcümələrdəki ziddiyyətlər həm də Quranın tərcüməsi ilə tam şəkildə çatdırılmaması səbəbindən yaranır.

Tural İrfan, Quranın təfsirinin yalnız dini alimlər tərəfindən deyil, elmi tələblərə cavab verən və müasir elmin gəldiyi nəticələrlə uyğun olan şəkildə verilməli olduğunu qeyd edib. Müsəlmanların Qurandakı elmi həqiqətləri çox vaxt başqa alimlər tərəfindən kəşf edildikdən sonra tanıdıqlarını, amma mühafizəkar və radikal ruhani təbəqənin elmi yanaşmaları rədd etdiyini vurğulayıb. Bu vəziyyətin Quranı daha da qəlizləşdirib, bir mübahisə obyektinə çevirdiyini bildirib.

Səidə Vəliyeva 

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir