Dekabrın 20-də Bakı şəhərində ilin sonuncu “Tullantıları hədiyyələrə dəyiş” festivalı təşkil olunub. Tədbirin məqsədi əhalini tullantıların düzgün idarə olunması barədə məlumatlandırmaq, çeşidləmə vərdişlərini təşviq etmək və ekoloji məsuliyyətli davranışı formalaşdırmaq olub.Festival Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Nizami Rayon İcra Hakimiyyətinin, “Bakı Metropoliteni” QSC-nin, “Azərsun Holdinq”in, “Araz” supermarketlər şəbəkəsinin, “EcoHub” İctimai Birliyinin və “Yağmur-2” MMC-nin dəstəyi ilə Nizami rayonu, Tofiq Abbasov küçəsi 5 ünvanında keçirilib.Tədbir böyük maraqla qarşılanıb, iştirakçılar arasında uşaqlar, gənclər, ailələr və yaşlılar olub. Vətəndaşlar ümumi həcmi 6585 litr plastik butulka, 562 litr şüşə tullantı və 1026 ədəd işlənmiş batareya təhvil verərək müxtəlif hədiyyələr əldə ediblər.Festival çərçivəsində tullantıların təkrar emalı və ətraf mühitin qorunmasının əhəmiyyəti barədə maarifləndirici məlumatlar təqdim olunub, interaktiv fəaliyyətlər isə tədbirə əlavə rəng və maraq qatıb.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir