İsrailin Baş naziri Binyamin Netanyahu, Həmasın qəbul etdiyi əsir mübadiləsi razılaşmasını rədd edib.İsrailin Baş Qərargah rəisi Eyal Zamir və Xarici İşlər Naziri Gideon Saar razılaşmanı dəstəklədiklərini bildirib. Netanyahu isə toplantıda vurğulayıb ki, “Prezident Trump mənə qismən razılaşmadan çəkilməyimi və ‘Bütün gücünlə Qəzzaya gir və bitir’ deməyimi söyləyib.”
Yenifikir.media-nın məlumatına görə, İsrail mətbuatının xəbərinə əsasən, Trump Tel-Əvivə Həması məğlub etməsi üçün təzyiq göstərib. Həmas 18 avqustda atəşkəs və əsir mübadiləsi təklifini qəbul etsə də, Netanyahu rəhbərliyi hələ cavab verməyib.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

