ABŞ Prezidenti Donald Trump, Jeffrey Epstein ilə bağlı sənədlərin açıqlanmasını dəstəklədiyini və “gizlədəcəyimiz heç nə yoxdur” deyib. O, sənədləri Demokratların yalanı adlandırıb.
Yenifikir.media bildirir ki,Epstein 14 yaşdan yuxarı qızlara qarşı cinsi istismar və əxlaqsızlıq şəbəkəsi ittihamı ilə mühakimə olunub, özünün isə 2019-cu ildə həbsxanada meyidi tapılıb. Sənədlərdə Trump, Bill Clinton, Prens Andrew və digər tanınmış şəxslərin də adı keçir.
ABŞ Nümayəndələr Məclisi araşdırmaya dair 20 min səhifəlik əlavə sənəd yayıb.Tapılan sənədlərdə qurbanların adlarının məxfiliyi qorunub.
Qeyd edək ki,Trump iddiaları rədd edib və digər tanınmış şəxslərlə Epstein əlaqələrinin araşdırılmasını istəyib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

