BMT Baş Assambleyasında ABŞ Prezidenti Donald Tramp ilə Fransa Prezidenti Emmanuel Makron arasında Fələstin mövzusu ətrafında gərginlik yaşanıb. Yenifikir.media bildirir ki, Makron çıxışında Fransa hökumətinin Fələstini tanıma qərarını müdafiə edərək bildirib ki, “Qəzzadə hərbi yollar nəticə vermədi, siyasi həll yolu lazımdır”.

Tramp isə buna sərt reaksiya verib: “Mən hər zaman İsrailin tərəfindəyəm. Fələstinin tanınması Haması mükafatlandırmaq deməkdir. Əsas olan girovların azad edilməsi və müharibənin dayanmasıdır”.

Müzakirə zamanı Makron Trampa “Nobel mükafatı istəyirsə, Qəzzadəki müharibəni dayandırsın” deyə müraciət edib. Tramp isə bölgədə mühüm görüşlər keçiriləcəyini açıqlayıb.

Makron əlavə edib ki, “İki illik müharibədən sonra heç nə dəyişməyib. Hamas liderləri öldürülsə də, təşkilat gücünü qoruyub saxlayır. Bu metod çıxış yolu deyil, siyasi proses lazımdır”.

Hadisə BMT Baş Assambleyasında Fələstin məsələsinin nə qədər gərgin müzakirə olunduğunu bir daha ortaya qoyub.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir