ABŞ Prezidenti Donald Trampın yeni Təhlükəsizlik Strategiyası Rusiyada müsbət qarşılanıb. Sənəddə Avropanın “mədəniyyət erozyonu”, xarici təsirə qarşı mübarizə və kütləvi miqrasiya məsələləri yer alır. Rusiyaya qarşı yumşaq dil istifadə olunur, AB bəzi narazılıqlar bildirib.Strategiya “Öncə Amerika” siyasətini gücləndirir, Rusiya ilə sabitliyi bərpa və Avropadakı “vətənpərvər ruhu” dəstəkləməyi tövsiyə edir. ABŞ həmçinin Karib Dənizi və Şərqi Sakit Okeanda narkotik qaçaqmalçılarına qarşı addımlar atacaq, müdafiə xərclərini artırmağı və Venezuelaya mümkün müdaxiləni nəzərdən keçirəcək.
Kongresdə demokratlar sənədin xarici siyasətə risk yaratdığını bildiriblər.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

