ABŞ Prezidenti Donald Tramp Avstraliya Baş naziri Entoni Albanesini Ağ Evdə qəbul edib və jurnalistlərin suallarını cavablandırıb.

Yenifikir.media xəbər verir ki, Tramp görüşdə bildirib ki, Həmasa bir şans veriləcək, amma razılaşmaya əməl etməsələr, aradan qaldırılacaqlar. O, Həmas rəhbərliyi ilə problem olmadığını, lakin bəzi üsyançıların olduğunu vurğulayıb.

Rusiya Ukrayna barəsində də Tramp münaisbət bildirib: “Ukrayna savaşı qazana bilər. Amma mən onların qalib gələcəyini düşünmürəm. Hər şey ola bilər. Müharibələr maraqlıdır.” O, Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin bir-birini nifrət etdiyini və bunun sülhün əldə olunmasını çətinləşdirdiyini qeyd edib.

Çin mövzusuna da toxunan Tramp ABŞ-ın hərbi baxımdan üstün olduğunu, Tayvanla bağlı hazırda problem olmadığını bildirib. O,yaxın vaxtlarda Çin lideri Şi Cinpinq ilə görüşərək Çinlə ədalətli ticarət razılaşması əldə etməyi planlaşdırır.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir